Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həsən bəy Zərdabi muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

20.03.2019

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Həsən bəy Zərdabi muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Vəfa Bayramova ilk öncə iştirakçıları təbrik edərək bildirib ki, çox qədim tarixə malik olan "Novruz" bayramı xalqımızın ən sevimli milli mənəvi dəyərlərindəndir.Bu bayramın tarixi kifayət qədər qədimdir.O,Novruz bayramının insanları rəhmli və xeyirxah olmağa, sülhə və əmin-amanlığa çağırdığını, hər bir müsəlmanın bu əziz günlərdə ehtiyacı olanlara kömək göstərməyi özünə borc bildiyini söyləyib. Sonra  Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Urfan Əhmədov  milli dəyərlərimizdən ətraflı danışaraq bu bayramın xalqımız üçün milli birlik səmimilik bayramı olduğunu qeyd edib.Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Urfan Əhmədov hər kəsə işlərində və həyatda uğurlar arzulayıb.

            Tədbir rayon məktəblilərinin hazırladığı kompozisiya ilə başa çatıb.