Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon tarix-Diyarşünaslıq Muzeyində Novruz bayramı qeyd olunub.

14.03.2019

14.03.2019-cu il tarixdə Zərdab rayon Tarix-diyarşünaslıq muzeyində Milli bayramımız Novruza həsr olunmuş "Gül açan Novruzun solmasın ,Vətən " adlı tədbir və "Milli dəyərlərimiz" adlı sərgi təşkil edilib.Tədbirdə muzeyin direktoru Şahnaz Mustafayeva çıxış edərək bildirib ki,çox qədim tarixə malik olan "Novruz" bayramı xalqımızın ən sevimli milli mənəvi dəyərlərindəndir.Bu bayramın tarixi kifayət qədər qədimdir.Hətta qadağalar dövründə Xalq öz soy kökündən süzülüb gələn adət ,ənənə və ayinlərlə zəngin olan bu milli bayramını öz qaydası ilə qeyd etmişdir.Novruz bayramı UNESCO-nın Qeyri Maddi Mənəvi İrs üzrə Siyahısına daxil edilmişdir.
Tədbirdə Muzeyin elmi işçisi Ziyalə Əliyeva "Çərşənbələr" haqqında ətraflı çıxış edib.Sonra Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova milli dəyərlərimizdən ətraflı danışaraq bu bayramın xalqımız üçün milli birlik səmimilik bayramı olduğunu qeyd edib.
 Tədbirdə şəhər 1 saylı korpələr evi Uşaq bağçasının müəllim və uşaqları Mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.