Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayon Tarix- Diyarşünaslıq Muzeyində Yel çərşənbəsi qeyd edilib.

14.03.2019

Novruz bayramının gəlişi ilə əlaqədar 13 mart 2019-cu il tarixində Ucar rayon Tarix- Diyarşünaslıq Muzeyində Yel çərşənbəsi qeyd edilmişdir. 

     Bu münasibətlə muzeydə etnoqrafik əşyalardan ibarət sərgi təşkil edilmiş, Novuz xonçaları bəzədilmişdir. 

    Muzeyin direktoru Solmaz Xudayeva  Novruz bayramı və onun mahiyyəti , muzeyin elmi əməkdaşı Vəfa Hüseynova Yel çərşənbəsi haqqında tədbir iştirakçılarına məlumat vermişlər .

    Tədbirdə Ucar rayon Gənclər Mərkəzinin rəqs dərnəyinin üzvləri öz gözəl rəqsləri ilə tamaşaçıları valeh etmişlər.