Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon MKS-də “Ah qadınlar, qadınlar” adlı əyləncəli tədbir keçirilib.

09.03.2019

6 mart 2019- cu il tarixində Göyçay rayon MKS-də 8 Mart Beynəlxalq Qadınlar Günü  münasibətilə “Ah qadınlar, qadınlar” adlı əyləncəli tədbir keçirilib. Tədbirdə Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva və işçiləri,Gənclər Mərkəzinin əməkdaşı Gülşən Muradova ,rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları və kittabxananın kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Rövşən Balayeva açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınlarımızı təbrik edib.Tədbirdə qadın hüquqlarından, qadına olan hörmət və qayğıdan söhbət açılıb.Sonda Uşaq Gənclər Yaradıcılıq Birliyinin uşaqları qadına həsr olunmuş mahnı və şeirlərlə çıxış ediblər