Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Əjdər Ol yaradıcılğı” adlı tədbir keçirilib.

06.03.2019

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan çağdaş ədəbiyyatının görkəmli nümayəndəsi, Yazıçılar Birliyinin üzvü, şair, publisist, dramaturq və tərcüməçi Əjdər Olun ədəbi-bədii yaradıcılığına həsr olunmuş “Əjdər Ol yaradıcılğı” adlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev Əjdər Ol yaradıcılığına nəzərə salaraq onun haqqında məlumat verdikdən sonra Metodika və biblioqrafiya şöbəsinin müdiri Xuraman Səmədova Əjdər Olun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək ədibin indiyə qədər 30-a qədər kitabının nəşr olunduğunu bildirmişdir.

Kitabxananın əməkdaşı Könül Musayeva çıxış edərək Əjdər Olun yaradıcılığında əks olunan mövzu müxtəlifliyi və janr rəngarəngliyi haqqında danışıb. O bildirib ki, Əjdər Ol həm şeirlərində, həm də nəsr əsərlərində sadə və anlaşıqlı yazır, oxucuları Azərbaycan dilinin tükənməz imkanları ilə heyrətləndirir.

Tədbirdə Əjdər Olun öz ifasında səsləndirdiyi şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirildikdən sonra yerli şairlərdən Dünyamin Məmmədov və Cabir Həsənov Əjdər Ol yaradıcılığı barədə fikirlərini bölüşərək yazıçıya yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə iştirak edən Ağdaş rayon Mədəniyyət Mərkəzinin rejissoru Xanbala Qəniyev Əjdər Olun dram əsərləri barəsində danışıb və gələcəkdə onun əsərlərindən birini səhnələşdirməyə çalışacağını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri şair Fəxrəddin Əsəd Əjdər Olun salamlarını tədbir iştirakçılarına çatdırıb və Əjdər Ol tərəfindən göndərilən 15-ə yaxın kitabı Mərkəzi kitabxanaya bağışlayıb.

Sonda “Əjdər Ol yaradıcılğı” adlı  sərgiyə baxış keçirilib.