Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı soyqırımı XX əsrin fəlakətidir” mövzusunda məktəblilərlə görüş keçirilib.

28.02.2019

Azərbaycan Republikası Prezidenti cənab İlham Əliyevin  5 fevral 2019-cü il – Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən  Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilməkdə davam edir.

Bu tədbirlərin davamı olaraq Həsən bəy Zərdabi adına rayon 1 saylı lisey məktəbdə “Xocalı soyqırımı XX əsrin fəlakətidir” mövzusunda  məktəblilərlə görüş keçirilib.

Tədbirdə “Xocalı soyqırımı XX əsrin fəlakətidir” mövzusunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova məruzə ilə çıxış edib. Məruzəçi Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qəddar faciəllərdən biri olduğunu qeyd edərək, xalqın həyatına, tarixinə ən qanlı əzab və işgəncələrlə dolu əsr kimi daxil olduğunu bildirib. Natiq qeyd edib ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.

Daha sonra Mərkəzin əməkdaşı Xanım İmanova tədbir iştirakçılarına və şagirdlərə Xocalı soyqırımı və Qarabağın tarixi barədə ətraflı məlumatlar verib və Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistan təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu bir daha xatırladıb.

Anim mərasimində Həsən bəy Zərdabi adına 1 saylı məktəb liseyin  direktor müavini  Səliqə müəllimə çıxış edərək qeyd edib ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Bildirilib ki, məhz Ulu öndər xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra  Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir.

Anım tədbirində “Sözün bitdiyi yer” başlıqlı sərgi nümayiş etdirilib.