Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində ”Müqəddəslik zirvəsi” adlı tədbir keçirilib.

25.02.2019

21 fevral 2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində "Qəhrəmanlar unudulmur" adlı tədbirlər silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı,şəhid Mübariz İbrahimova həsr olunmuş "Müqəddəslik zirvəsi" adlı tədbir keçirilib.İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra tədbiri giriş sözü ilə Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Z.Əliyeva açıq elan edib.O çıxışında bildirdi ki,qəhrəmanlıq etmək,adının tarixin salnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən ,torpaq məhəbbətindən irəli gəlir.Belə vətənpərvərliyi ilə dillər əzbəri olan oğullarımızdan birinin də Mübariz İbrahimov olduğunu bildirib.Sonra çıxış üçün söz Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi X.Orucova verilib.Daha sonra Şuşa məktəbinin müəllimi S.Səmədov çıxış edib.Növbəti çıxış üçün söz Göyçay rayon Heydər Əliyev Mərkəzinin bələdçisi A.Zeynalovaya verilib.O, çıxışında vurğulayıb ki,Mübariz İbrahimov cəsurluğu,igidliyi,mərdliyi dillər əzbəri olan,böyükdən-kiçiyə hamının tanıdığı və sevdiyi qəhrəmanlardandır.Sonra isə Dini Qurumlar üzrə Dövlət komitəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov vətənpərvərlik və mənəviyyat mövzusu ətrafında çıxış edib.Çıxış üçün son olaraq söz Göyçay rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Vüsal Zöhrabova verilib.Sonra isə 3 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.Sonda Milli Qəhrəmana həsr olunmuş "Müqəddəslik zirvəsi" adlı film nümayiş olunub.