Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Rəsul Rzanın ev muzeyində açıq dərs keçirilib.

25.02.2019

22 fevral 2019-cu il tarixində Göyçay şəhər 3 saylı orta məktəbin rus-dili ədəbiyyat müəllimi Tahir İsgəndərovun iştirakı ilə 7-ci sinif şagirdlərinə məktəbdə Rəsul Rza haqqında tədris olunan dərs Rəsul Rzanın ev Muzeyində baş tutub. Muzeydə şairin nümayiş olunan əşyaları ilə əyani tanış olan şagirdlər R.Rzanın rus dilinə tərcümə olunmuş şeirlərini söyləyib, şair haqqında bildiklərini bölüşüblər. Sonda Azərbaycanın Dövlət Himnini ifa edən qonaqlar muzeyin Xocalı soyqırımına həsr etdiyi sərgi ilə də tanış olublar.