Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimizi sevək, sevdirək

25.02.2019

Hər il fevral ayının 21-i dünyada Beynəlxaq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabırında Banqladeş səfirinin təşəbbüsü əsasında belə tarixi qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda Benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur. BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü  kimi elan olunmuşdur. Ucar rayon MKS-də 21.02.2019-cu ildə “Ana dilimizi sevək, sevdirək” başlığında tədbir keçirilib. Kitabxananın foyesində təşkil  olunmuş təbirdə məktəblilər, müəllimələr, kitabxana işçiləri iştirak edibilər. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi ilə İnformasiya resurs şöbəsinin birgə təşkil etdiyi tədbirdə əsasən şöbə işçiləri ana dilimiz haqqında məruzələr, çıxışlar söyləmiş və musiqili kompazisiyalar səsləndirilmişdir. Sonra Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin işçisi Aygün Əhmədova dilimiz haqqında geniş məruzə ilə çıxış edib.İnformasiya resurs şöbəsinin böyük kitabxanaçısı Zəmilə Mahmudova öz çıxışında dilimizin gözəlliklərindən, dilin millətimiz üçün nə qədər vacib, dəyərli olduğundan söhbət açmışdır. Sonda rayon məktəbliləri ana dilimiz  haqqında şerlər söyləyiblər.