Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Maqsud Şeyxzadə Muzeyində anım tədbiri keçirilib.

19.02.2019

19 fevral 2019-cu il tarixində Ağdaş rayon Maqsud Şeyxzadə muzeyində tanınmış azərbaycanlı, Özbək ədəbiyyatında və dramaturgiyasında xüsusi yeri olan, tərcüməçi, pedaqoq, Maqsud Şeyxzadənin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Maqsud Şeyxzadə muzeyinin direktoru Məhəbbət Səfərova Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun Özbək ədəbiyyatına verdiyi töhvələrdən danışıb.
Muzeyin elmi işçisi Nuridə Qədirova çıxış edərək ədibin Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi" və hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlər haqqında yaratdığı ölməz əsərlərlə Özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.
Tədbirdə Ağdaş rayon Səməd Vurğun adına tam orta məktəbin şagirdləri Fərqanə Səmədova və Ömər Səmədov şairin şerlərini səsləndiriblər.
Sonda tədbir iştirakçıları şairin fotolarından ibarət sərgi ilə tanış olublar.