Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-nin 3 saylı şəhər kitabxanasında “Nağıl saatı” keçirilmişdir.

13.02.2019

12 fevral 2019-cu il tarixdə Ağdaş rayon MKS-nin 3 saylı şəhər kitabxanasında məktəblilərə uşaq ədəbiyyatının təbliği və oxucuların mütaliəyə həvəsini artırmaq məqsədilə məktəb şagirdlərinin iştirakı ilə “Nağıl saatı” keçirilmişdir. 
Kitabxanaçı Hacıyeva Günay kitabxanaya yeni daxil olmuş uşaq ədəbiyyatı ilə tanış etdi. Sonra uşaqlara Xanımana Əlibəylinin “Ağ çəmən”, Fikrət Sadıqın “Bala kirpi”, Şarl Perronun “Büllur başmaq”, Beş qardaş, Nizami Gəncəvinin “Kərpickəsən”, Aleksandr Belyayevin “Professor Douelin başı” nağılları oxunub.