Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-də Səyyar kitabxana xidməti davam edir.

13.02.2019

12-02-2019-cu il tarixində Zərdab rayon MKS-inin 13 saylı Gəlmə kənd  filialının əməkdaşları İlahə Hüseynova və Gülay Həsənova kitabxanaya gəlmək imkanı olmayan, fiziki qüsurlu oxuçulara vaxtaşırı olaraq,evlərdə onlara kitabxana xidməti göstərirlər. Bu gün onlar  İsayev Murad Mehman oğlunun görüşündə olublar. Muradı yeni  kitablarla tanış edib, ona maraqlı hekayələr oxuyublar. Əlavə olaraq, evdə mütaliə etməsi üçün F.B.Köçərlinin “Balalara hədiyyə” kitabını təqdim ediblər.