Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mübariz Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir”

07.02.2019

07 fevral 2019- cu il tarixdə Ucar rayon Mədəniyyyət Mərkəzinin Alpout kənd Mədəniyyət evi ilə Alpout kənd 1 nömrəli tam orta məktbinin birgə hazırladığı  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun doğum gününə həsr olunmuş  “Mübariz Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı tədbir keçirilmişdir. İlk öncə Mədəniyyət evinin işçiləri və məktəblilər Şəhidləri yad etmək məqsədilə  Alpout kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət etmişlər.Mədəniyyət evinin direktoru İlqar Məmmədov Mübariz İbrahimovun həyat yolundan danışaraq Azərbaycan xalqının belə igid oğulları ilə fəxr etdiyini vurğulamışdır.Sonra qəhrəmanlıq mövzusunda hazırlanmış kompozisiya kənd əhalisinə təqdim olunmuşdur.