Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar unudulmur”

07.02.2019

6 fevral 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Qəhrəmanlar unudulmur" adlı silsilə tədbirlər keçirib. Əvvəlcə Zərdab rayon 3 saylı məktəbin 3 cü sinfində sohbət təşkil olunmuşdur.Uşaq şöbəsinin müdiri İlahə Əsədova şagirdlərə Mübariz İbrahimov haqıında geniş məlumat verərək bildirmişdir ki, Mübariz İbrahimovun  qanında,canında qəhrəmanlıq, mübarizlik hissi vardı. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın  vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltmışdır.Tədbirdə şagirdlər Mübariz İbrahimova aid şeirlər söyləmişlər.Daha sonra tədbir Mərkəzi Kitabxananın Uşaq şöbəsində davam etdirilmişdir. Əvvəlcə şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışmış, şəhidliyin ən uca zirvə olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olmuşdur.

Sonra oxuculardan - Fəxri Əsədli, Zəhra Cavadlı, Saleh Salikzadə, Ləman Rəhimli, Nuran Xəlilov, Xədicə İsmayılova Mübariz İbrahimova həsr edilmiş şeirlər söyləmişlər. Uşaq şöbəsinin multimedia mütəxəssisi Elnarə Salikovanın hazirladığı video- çarx iştirakçıları daha da təsirləndirmişdir.Sonda "Torpağı Vətən Eyləyən Oğullar" sərgisinə baxış keçirilmişdir.