Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay Tarix-Diyarşünaslıq muzeyində “Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirilmişdir.

04.02.2019

01  fevral  2019-cu  il  tarixində  Göyçay  Tarix-Diyarşünaslıq  muzeyində  “Gəncliyimiz  gələcəyimizdir”  adlı  tədbir  keçirilmişdir.Tədbirdə  şəhər  4 saylı  tam  orta  məktəbin  gənc  müəllimlərı  və yeniyetmələri,  Mərkəzi  kitabxananın  işçiləri,Göyçay  Mədəniyyət  işçiləri  həmkarlar  ittifaqının  sədrı  Nəriman  Məlikov  və  muzey  əməkdaşları  iştirak  etmişdir.

Tədbir  dəyirmi  masa ətrafında  diskusiya  şəklində  keçirilmişdir. Muzeyin  direktoru  Bəsti  Sultanova   qonaqları  salamlamış və gəncləri təbrik etmişdir. Sonra  muzeyin  elmi  işçisi  Humay  Əsgərova “Gəncliyimiz  gələcəyimizdir”  mövzusunda  məruzə  ilə çıxış etmişdir. Şəhər 4 saylı  məktəbin  müəlliməsi Gülnar Mustafayeva öz çıxışında  gənclərin gələcəyimizin qurucuları olduğunu vurğulamışdır. Yeniyetmələrdən Rəvan Həmidov  və Səid Kərimov onların üzərinə düşən əsas  vəzifənin yaxşı təhsil almaqdan və müasir tələblərə uyğun səviyyəyə çatmaqdan ibarət  olduğunu söyləmişər. Göyçay rayon MİHİ-nin sədri   N. Məlikov  gənclərə   dövlət qayğısından söz açaraq  ölkəmizdə gənclər siyasətini uğurla keçirildiyini vurğulamışdır.

    Sonra  muzeyin  ekskursiyaçısı Mehriban  Xəlilova  tədbir iştirakçılarını “ 20 yanvar”, “Şəhidlər”,   “Aprel döyüşləri”  adlı sərgilərlə  tanış etmişdir .