Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-i tərəfindən səyyar kitabxana xidməti təşkil edilmişdir.

04.02.2019

01.02.2019-ci il tarixdə  Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət   şöbəsi  tərəfindən yeni kitabları təbliğ etmək, əhalinin daha çox hissəsini məlumatlandırmaq məqsədilə rayonun müxtəlif məkanlarında səyyar kitabxana xidməti   təşkil edilmişdir.

Belə tədbirlərdən biri Zərdab rayon Xanməmmədli kəndinin ahıl sakini Gülgəz Cavadovanın evində təşkil edilmişdir. Multimedia mütəxəssisi Vüsalə Abdullayeva yeni kitablar haqqında ətraflı məlumatlar vermiş və bir sıra müəlliflərin maraqlı əsərlərindən parçalar oxumuşdur. Ailənin ağbirçək  üzvləri üçün kitabxanaçıların gəlişi daha maraqlı olmuş və onlara öz təşəkkürlərini bildirmişlər.