Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində Gənclər günü ilə bağlı tədbir keçirilmişdir.

01.02.2019

01.02.2019-cu il tarixdə Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyində “Gənclər gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin,  Maqsud Şeyxzadə ev muzeyinin əməkdaşları və fəal gənclər iştirak etmişlər. Tədbiri çıxış sözü ilə açan muzeyin direktoru Nişanə Yusifova, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər gününün tarixi, müasir Azərbaycanın inkişafında gənclərin rolundan danışmışdır. Sonra N.Qərənfil, R.Pərvin, Ə.Sevinc öz çıxışlarında qeyd etdilər ki,  gənclər siyasəti  bugün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İştirkaçılar son zamanlar gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğı barədə müzakirələr aparmışlar.