Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağdaşlı gənclərin uğurları”

01.02.2019

31 yanvar 2019–cu il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Ağdaş rayon Gənclər və İdman idarəsinin,rayon Mədəniyyət Mərkəzinin və Gənclər kitabxanasının təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş “Ağdaşlı gənclərin uğurları” adlı tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq ümummilli liderin ruhunu dərin ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açmışdır.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti aparatının məsul işçisi Qalib Həsənov gəncləri təbrik edərək onlara uğurlar arzulamışdır.  

          Tədbirdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Ağdaş” ansamblı və “Gənclik” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış etmişlər.  

         Sonra Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov tərəfindən rayonun ictimai- siyasi həyatında fəal rol oynayan bir sıra qabaqcıl gənclər Fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılmışlar.

                Yekunda tədbir iştirakçıları Musiqi məktəbinin foyesində Mərkəzi kitabxananın, Gənclər kitabxanasının və 65 saylı şəhər kitabxanasının birgə hazırladığı fotostend və “Gənclər bizim sabahımızdır” adlı kitab sərgisi ilə tanış olmuşlar.