Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı Yanvar xalqımızın milli əzimkarlıq səlnaməsidir”

18.01.2019

17 Yanvar 2019-ci il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzinin  kollektivi 3 saylı məktəbin şagirdləri ilə birgə “Qanlı Yanvar xalqımızın milli əzimkarlıq səlnaməsidir” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova açdı. X.İmanova bildirdi ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı.

Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Muradxanlı Dursun “Qanlı Yanvar xalqımızın milli əzimkarlıq səlnaməsidir” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirdə “ Həqiqət uğrunda ölümləriylə, ölümü kamına çəkdi şəhidlər “ adlı kompazisiya dinlənildi.

Tədbir zamanı şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı “20 Yanvar qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi” başlıqlı foto sərgi nümayiş olundu.