Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Güllə yağışı, qan seli.....”

18.01.2019

2019-cu il 18 yanvar tarixində Zərdab rayon Mərkəzi kitabxanasında  Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinin  29-cu illiyi ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq “Güllə yağışı, qan seli.....” adlı tədbir keçirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva 20 yanvar hadisələri haqqında qısa məlumat verərək qeyd etdi ki, yalnız ulu öndər Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra həmin hadisələrə düzgün qiymət verilmiş və faciəni törədənlərin kimliyi xalqa çatdırılmışdır. Sonra Oxuculara xidmət şöbəsinin əməkdaşı C.Feyzullayeva   "Qanlı Yanvar" faciəsinin tarixi, baş vermə səbəbləri, hadisələrin gedişatı və müqəddəs şəhidlərimiz haqqında geniş məruzə ilə çıxış etdi. Oxuculara xidmət şöbəsinin müdiri M.Səfərəliyeva qeyd etdi ki,Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Tədbirdə iştirak edən şəhər kitabxana filiallarından S.Məmmədova, Ş.Nadirova, İ.Kərimova, G.Vəliyeva və başqaları çıxış edərək hadisələr haqqında xatirələrini, fikirlərini söylədilər ,şəhidlərimizə ulu tanrıdan rəhmət dilədilər. Tədbirin sonunda məktəblilərin ifasında şəhidlər haqqında seirlər səsləndirildi və Qanlı Yanvara həsr olunmuş sərgiyə baxıldı.

 Allah şəhidlərimizə rəhmət eləsin...