Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanla yuyulmuş tarix”

18.01.2019

18 yanvar 2019-cu il tarixində Zərdab rayon 4 nömrəli şəhər filial kitabxanasında 20 Yanvar faciəsinin 29-cu uldönümü ilə əlaqədar “Qanla yuyulmuş tarix” başlıqlı anım tədbiri keçirilmişdir.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri kitabxana filialının müdiri Şəlalə Nadirova açaraq məlumat verdi ki,20 yanvar Azərbaycan tarixinə qanlı səhifələrlə yazılmış bir tarixdir.Bu gün xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da ,bütövlükdə milli tariximizin ən şanlı və qəhramanlıq səhifələrindən birini təşkil edir. 20 Yanvar faciəsi günlərində öz ölkəsinin ,xalqının azadlığını ,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdi.

Kitabxananın əməkdaşı Günel Zeynalova 20 Yanvar hadisələri haqqında məruzə etdi. Zərdab şəhər 1 nömrəli lisey məktəbin şagirdləri: Nərmin Səlimova,Mədinə Zeynalova, Şaiq Zeynalov, Aysun Alıyeva,Qulam və İbrahim Zeynalovlar və Əlibəyli kənd tam orta məktəbin şagirdləridən Gültən Hüseynova,Hüsniyyə Məmmədova və başqaları 20 Yanvar şəhidlərinə aid  kompozisiya təqdim etdilər.

Şəhidlərimizin ruhuna dualar oxundu.