11.07.2017
Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs və multimedia işçilərinin innovasiya sahəsinə aid biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 11-15 iyul 2017-ci il tarixində Ağdaş regional mərkəz olmaqla Ucar, Zərdab, Göyçay rayonlarını əhatə edən Mərkəzi kitabxana sisteminin və filiallarının işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda səyyar seminar-treninqə bugün saat 1200 start verildi. Səyyar seminar-treninq Mərkəzin direktoru fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edilmişdir. Açılışda Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Ağdaş şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev də iştirak etmişdir.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 60 nəfər kitabxana işçisi iştirak edir. Treninqi əhatə edən mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri əhatə edir. Kitabxana işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar treninqin əsas müzakirə məsələlərindəndir. Treninqə Mərkəzin bir qrup əməkdaşları-Tədris-təlim işlərinin tənzimlənməsi üzrə direktor müavini Nəzakət Rəhmanova, Tədris-metodika kabinetinin müdiri Aygün Hüseynova, mütəxəssis olaraq isə Azərbaycan Milli kitabxanasının əməkdaşları İsmayılova Ədibə, Şabanova Samirə, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Elmi kitabxanasının rəisi Məmmədova Ruhiyyə də cəlb olunmuşdur. Treninq 15 iyul tarixinə qədər davam edəcəkdir.