Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim sirli - sehrli nağıl dünyam

17.12.2018

             17.12.2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin işçiləri -Məlahət Cavadova və Nisə Qasımova- Zərdab şəhər 4 saylı  Körpələr evi- uşaq bağçasında uşaqlar üçün “Mənim sirli - sehrli nağıl dünyam”- adlı mütaliə saatı  təşkil edərək bir-birindən rəngarəng , maraqlı kitab və jurnallar sərgilədilər. Gülzar  İbrahimovanın müəllifi olduğu "Sehrli Dünya" uşaq jurnalından “İki dost”, ”Yalaçı dovşan” və Gülzar İbrahimovanın “Murad və Qaradın dostluğu” nağıllarının ucadan oxusunu keçirdilər. Uşaqlar nağılları həvəslə dinlədilər. Körpə fidanlar bağçada öyrəndikləri şerləri və “Yeni il”ə aid tapmacaları söylədilər. Tədbirimiz həm uşaqlar tərəfindən həm də uşaq bağçasının işçiləri tərəfindən alqışlandı.