Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

TARİX YAZAN ŞƏXSİYYƏT

17.12.2018

11.12.2018-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə   ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar “TARİX YAZAN ŞƏXSİYYƏT” mövzusunda  tədbir keçirildi.

Tədbirdə Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Gənclər və İdman idarəsinin, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, gənclər iştirak ediblər.

 Tədbir   Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. 

Sonra “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, dönməz olacaqdır, sarsılmaz olacaqdır ” adlı sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib.. “Heydər Əliyev məfkurəsi gənclərin gözü ilə”” adlı məruzəsində  natiq  xalqımızın xilaskarının bütün ömrünü millətimizə həsr etdiyini qeyd adərək bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. 

Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov  tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  çıxış edərək müstəqil Azərbaycan dövlətinin yaradıcısı, təhsilimizin inkişafında əvəzsiz rolu olan Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsində müstəsna xidmətlərindən danışdı.

Daha sonra çıxış edən Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdir əvəzi Əsli Hümmətli və digərləri qeyd ediblər ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.