Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqın əbədi və tükənməz sevgi ünvanı”

17.12.2018

Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi 10.12.2018-ci il tarixində Zərdab rayon 4 saylı tam orta məktəbində müasir Azərbaycanın memarı və qurucusu  Heydər  Əliyevin vəfatının 15-ci ildönümü ilə  əlaqədar  “ Xalqın əbədi və tükənməz sevgi ünvanı” adlı  anım tədbiri keçirdi.

   Tədbirdə ilk öncə  ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

 Daha sonra Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Rəhimova “ ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDER” mövzusunda çıxışında dahi şəxsiyyətin  həyat və fəaliyyətindən,  elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz  xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıdı. Könül xanım Ümummilli liderin  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini, Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığını da  vurğuladı.

     Tədbirdə iştirak edən Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşı Gülər xanım isə Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda olan məruzəsində  ulu öndər  Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyini, dünya siyasətinə təsir etmək gücündə olan liderliyini, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olmasını  şagirdlərin diqqətinə  çatdırıdı.

4 saylı məktəbin müəlliməsi Laura İsmayılova çıxış edərək dekabrın 12-nin xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü olduğunu və Ulu Öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd etdi. 
Anım tədbirində şagirdlərin   ulu öndərə həsr etdikləri   “Xalqın parlaq günəşi” adlı kompazisiya dinlənildi.     

 Tədbirdə   ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və  onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirildi.