Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib.

14.12.2018

Zərdab rayon Heydər Əliyev Mərkəzində  ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı  “Heydər Əliyev uşaqların gözü ilə” devizi altında ekskursiya təşkil edilib.

        Rayonun 1,2,3 saylı və Gəlmə kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan körpələrin iştirakı ilə keçirilən ekskursiyadan əvvəl balaca fidanlar Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra  Zərdab rayon Heydər Əliyev Mərkəzində ekskursiya davam etdirilib. Burada körpələrə dahi rəhbərin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən kino zalda Ümummilli Lider Heydər Əliyevin həyat yollarını əks etdirən videofilm nümayiş etdirilib.

Sobda körpə fidanlar “Azərbaycana günəş kimi doğan dahi” adlı kompozisiya ilə çıxış etdilər.