Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əvəzsiz, müdrik şəxsiyyət”

13.12.2018

11 dekabr 2018-ci il tarixində Göyçay rayon Rəsul Rza ev muzeyində Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar şəhər 6 saylı orta məktəbin bir qrup müəllim və şagirdlərinin iştirakı ilə “Əvəzsiz, müdrik şəxsiyyət” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan R.Rza ev muzeyinin direktoru S.Həsənova qeyd etmişdir ki, nə qədər ki vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar Yurdu Azərbaycan var, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır. Ümummilli liderin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edərək natiq qeyd etmişdir ki, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmiz qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrilmişdir. Digər natiq muzeyin kiçik elmi işçisi Ə.Məmmədov qeyd etmişdir ki, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.

            Sonda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər söyləmiş, Dövlət Himnini ifa etmişlər.