30.11.2018
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.
Ümummilli Liderimizin əziz xatirəsi Zərdab rayon Heydər Əliyev Mərkəzində da böyük ehtiramla yad edilir, bununla bağlı silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.
28.11.2018-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar İsaqbağı kənd tam orta məktəbində “Heydər Əliyev öyrənilməmiş bir dünyadır” mövzusunda tədbir keçirildi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova ilk öncə tədbir iştirakçılarını salamladı və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Könül Rəhimova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”, - fikrini xatırladaraq demişdir: Bütün bunlara görə hələ öz sağlığında xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Muradxanlı Dursun “Heydər Əliyev öyrənilməmiş bir dünyadır” mövzusunda məruzə ilə çıxış etdi. O, öz məruzəsində bildirdi ki, azərbaycan xalqı, azərbaycan türkləri dünyanın ən şanslı və ən bəxtli xalqlarındandır, çünki Azərbaycan xalqının , Azərbaycan türklərinin Heydər Əliyev kimi dahi və müdrik oğlu, tarixi yaşadan şəxsiyyəti var.
İsaqbağı kənd tam orta məktəbinin direktoru Dayangül müəllimə çıxış edərək belə tədbirlərin keçirilməsi ümumtəhsil məktəblərinin şagirdləri üçün Heydər Əliyev irsinin öyrənilməsində təqdirə layiq hal olduğunu və bu tədbirlər xalqımızın böyük oğlunun parlaq xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu qeyd etdi.
Onun Azərbaycan naminə keçdiyi həyat yolu xalqımızın bugünkü və gələcək nəsillərinə bir nümunədir - Vətəni və xalqı uğrunda fədakarlıq nümunəsi. Biz də xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsi önündə baş əyir, ruhu şad olsun deyirik.
Sonda şagirdlərlə çıxışlar ətrafında söhbət keçirildi.