30.11.2018
21.11.2018-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə rayon 4 saylı körpələr evi-uşaq bağçasında “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda tədbir keçirildi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri Dahi Şəxsiyyət Heydər Əliyevin “Bu günki uşaqlar müstəqil Azərbaycanın gələcəyidir” kəlamı ilə sözə başlayaraq, Heydər Əliyevin uşaqları necə sevdiyini, onun uşaqlara göstərdiyi qayğı və diqqətindən söz açdı.
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini hər dəfə səsləndirdiyini xatırladan Zərdab rayon 4 saylı körpələr evi-uşaq bağçasının direktoru Günay Əliyarlı bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib: "Ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır".
Daha sonra anım tədbirində Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx və bağça uşaqlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.