Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Maarifdən,elmdən məhrum bir xalq işıqdan məhrumdur” H.B.Zərdabi.

27.11.2018

27 noyabr 2018- ci il tarixində Zərdab rayon Tarix- diyarşünaslıq muzeyi rayon Peşə liseyində Azərbaycan xalqının gorkəmli şəxsiyyəti H.B.Zərdabinin anım günü münasibəti ilə tədbir təşkil etdi.Tədbiri muzeyin direktoru Şahnaz Mustafayeva açaraq bildirdi ki, 28 noyabr 1907- ci il H.B.Zərdabinin vəfatı günüdür.Azərbaycan xalqının ilk ali təhsilli müəllimi, milli teatırın və milli mətbuatın qurucusu ,xeyriyyə cəmiyyətinin banisi,dahi şəxsiyyətdir H.B.Zərdabi.Milli dəyərləri qorumaq,onları təbliğ etmək bizim müqəddəs borcumuzdur.Maarifpərvər şəıxsiyyətin keşməkeşli həyat yolundan danışaraq Ş.Mustafayeva bildirdi ki, H.B.Zərdabinin əziz xatirəsi daima yad ediləcəkdir.Muzeyin əməkadaşı Abdullayeva Aybəniz " H.B.Zərdabi təbiət elmlərinin banisidir" adlı mühazirə ilə çıxış etdi.Peşə liseyinin müəllim və şagirdləri çıxış edərək bildirdilər ki, H.B.Zərdabi irsini daima oyrənəcək və layiqincə davam etdirəcəklər.