Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda 2017-cı ilin birinci yarımilinin yekunları müzakirə edildi.

21.07.2017

İyulun 21-də  İcra hakimiyyətində rayon İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclasda 2017-ci ilin birinci yarımili ərzində Ağdaş rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən RİH-nin başçısı Tofiq İbrahimov Ağdaş rayonunda görülən abadlıq-qurculuq tədbirlərindən danışaraq bildirdi ki, 2017-cı ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi,  uğurlarla başa çatmışdır.
Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində  bir sıra irəliləyişlərə nail olunmuş, aqrar sektorda uzun illər ərzində rayon üçün xarakterik olan ənənəvi  pambıqçılıq, baramaçılıq, çəltikçilik sahəsində rəqabətyönümlü məhsul istehsalının artırılması  istiqamətində işlərin uğurla davam etdirildiyi diqqətə çatdırıldı.
          Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyulan  vəzifələrin icrası ilə bağlı “2017-ci ilin birinci yarısında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə məruzə təqdim edildi.
        Natiqlər çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə barədə məlumat verdilər.
      RİH-nin başçısı Tofiq İbrahimov  iclası yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tövsiyyə və tapşırıqlar verdi.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.