Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim varlığımın cilası –Bayraq”

13.11.2018

08.10. 2018-ci il tarixdə Göyçay rayon Mərkəzi Kitabxanasında Azərbaycan Dövlət Bayrağı günü münasibəti ilə “Mənim varlığımın cilası –bayraq “ adlı tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

    Tədbiri giriş sözü ilə açan MKS-nin metodika biblioqrafiya şöbəsinin işçisi Nahidə Quliyeva bayrağımızın təsis olunma tarixindən danışdı. Təbirdə rayon 3 saylı,1 saylı və 5 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. 3 saylı məktəbin müəlliməsi Samirə Bəşirova Bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verdi. Şagirdlər Azərbaycana və Bayrağa aid  mahnilar oxuyub şeirlər soylədilər.