Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Üçrəngli bayrağınla məsud yaşa”

07.11.2018

9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar Ucar rayon MKS-də 07.11.2018-ci il tarixində “Üçrəngli bayrağınla məsud yaşa” başlığında tədbir keçirildi. Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev  9 noyabr 2009-ci il sərəncamına əsasən artıq 9 ildir ki, Dövlət bayrağı günü kimi qeyd olunur.

Millətimin fəxridi,haqqa gedən yoludu,

Koroğlumun qılıncı,Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu.

Seyr elə,igid əsgər,dalğalanan bayrağı,

Üçrəngli göyqurşağı, Azərbaycan bayrağı!

Dövlət himni ilə başlanan tədbirdə orta məktəb müəllimələri, kitabxananın  fəal işçiləri, rayon məktəbliləri  iştirak etdilər. Tədbirdə şeir, mahnı, məruzələr səsləndirildi.