Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bayraq mənliyimdir, bayraq kimliyim,Bayraq – öz yurduma öz hakimliyim.

06.11.2018

6 noyabr 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsinin  təşkilatçılığı ilə 9 noyabr -Dövlət Bayrağı Gününə həsr olunmuş "Dalğalansın Bayrağım,azad olsun torpağım!" adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları,3 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.                                                                                                                                 

   Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva bayrağımızın təsis olunma tarixindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilidyini, bu şanlı tarixin müqəddəs bayarağımıza, tarixi keçmişimizə və mənəvi - siyasi dəyərlərimizə hörmət, ehtiramın bariz nümunəsi olduğunu qeyd etmiş, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksək səviyyədə olmasının vacibliyini vurğulamışdır.                                                                                           İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova tədbir haqqında fikrini belə ifadə etdi: Söhbət bayraqdan gedirsə, Azərbaycanın bayrağı, gerbi, himni, bunlar sadəcə rəmz rolunu oynamır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin də şanlı bayrağımız haqqında dediyi kimi,  “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Xidmət şöbəsinin əməkdaşı Aygün Sarıyeva çıxış edərək qeyd etdi ki, qürur hissi ilə qeyd etdiyimiz 9 noyabr Dövlət Bayrağı Günü hər bir vətəndaşımız üçün əlamətdar və unudulmaz hadisələrdəndir. Fəxr edirik ki, indi bayrağımız əzəmətlə dünyanın ən mötəbər tədbirlərində dalğalanır. Baş biblioqraf Bahar Fətəliyeva da öz xoş arzularını söylədi:Gün olacaq ki, işğal olunmuş torpaqlarımızı azad edəcək, üçrəngli zəfər bayrağımızı Şuşada, Laçında   dalğalandıracağıq.                                     Şagirdlərin ifasında bayraq haqqında Əhməd Cavadın , Cəfər Cabbarlının, B.Vahabzadənin, M.Arazın şeirlərdən ibarət “Dalğalansın bayrağım,azad olsun torpağım!” kompozisiyası tədbirə  rəngarənglik qatdı.