Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində ”Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.

02.11.2018

            Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 20 oktyabr-20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.Belə tədbirlərdən biri də  01 noyabr 2018-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilmişdir. “Uşaqları qoruyaq” adlı tədbirdə Göyçay şəhər 2 və 3 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər.İlk olaraq tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açıq elan etdi və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.Daha sonra çıxış üçün söz Göyçay rayon Polis Şöbəsinin Yetkinlərlə İş Üzrə Baş İnspektoru Cavid Məbudova verilmişdir.O, uşaqlara onların hüquq və azadlıqları haqqında geniş məlumat vermişdir.Həmçinin Cavid Məbudov uşaqları narkomaniya və erkən nigahın doğura biləcəyi fəsadlar haqqında da maarifləndirmişdir.Sonda tədbirdə dövlətimizin uşaqlara göstərdiyi qayğı və diqqət xüsusi vurğulanmış və uşaqların Azərbaycanımızın gələcəyi olduğu qeyd edilmişdir.