Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Ləki qəsəbə uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayonun uşaq baxçalarında ”Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilmişdir.

02.11.2018

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)-ın təşəbbüsü ilə 20 oktyabr -20 noyabr tarixlərində “Uşaq hüququları aylığı” çərcivəsində  silsilə  tədbirlərin  keçirilməsi  nəzərdə tutulmuşdur.

         Bununla əlaqədar olaraq Ağdaş rayon Ləki qəsəbə Uşaq Musiqi məktəbinin kollektivi  30,31 oktyabr 2018-ci il tarixlərində Ağdaş rayon 1 və 11 saylı usaq bağçalarında  konsert   proqramı ilə çıxış etmişlər.

  Tədbirdə çıxış edənlər Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimizlə bağlı fikir bildirərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açmış,dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürdüyünü bildirmişlər.

         Sonda uşaq musiqi məktəbinin şagirdləri ayrı-ayrı alətlərdə əsərlər, xalq mahnıları ifa etmiş, rəqs edib  şerlər  söyləmişlər.