Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzi Kitabxanasında Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illiyi ilə əlaqədar ” Səhnəmizin bənzərsiz Ərəbzəngisi ” adlı tədbir keçirilmişdir.

31.10.2018

30.10.2018-cil ildə Göyçay rayon MKS-də Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar  “Səhnəmizin bənzərsiz Ərəbzəngisi " adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktor müavini Nazlı Əhmədova açaraq, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində yadda qalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıması haqqında məlumat verdi. Mərkəzi kitabxananın xidmət şöbəsinin multimediya mütəxəssisi Güllü Paşayeva sevimli müğənnimiz Gülxar Həsənovanın həyatından qələmə alınmış xatirələr söylədi. Gülxar Həsənovanın opera səhnəsindəki xidmətlərindən kitabxananın oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Arzu Rəhimova məlumat verdi. 
Daha sonar informasiya-resurs şöbəsi xalq artistinin vaxtilə lentə alınmış müsahibəsindən ibarət fraqmentlərdən toplandığı kiçik videoçarxı tədbir iştirakçılarına təqdim etdi.