Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilanın işğalından 25 il ötür.

29.10.2018

29 oktyabr  2018-ci il tarixdə  Zərdab  rayon Mərkəzi Kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  Zəngilan rayonun işğalının 25 illiyi ilə əlaqədar  “Düşmənlər göz dikdi torpaqlarına” adlı dəyirmi masa  keçirildi. Tədbirdə   Mərkəzi Kitabxananın   kollektivi , Zərdab rayon 3 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi .

Tədbiri giriş sözü ilə  Zərdab rayon MKS-nin  direktoru Nailə Əliyeva  açdı və tədbir iştirakçılarına Zəngilanın erməni işğalçıları tərəfindən işğal olunmasından, əhalinin məcburiyyət qarşısında doğma yurdlarından didərgin düşmələri haqqında geniş məlumat verdi.                                                                                                                                                     

Daha sonra çıxış edən  Oxuculara xidmət şöbəsinin əməkdaşı Tünzalə Eyvazova  “Düşmənlər göz dikdi torpaqlarına” adlı məruzə ilə ,Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nisə Əliyeva  doğma diyarımız Qarabağın tarixi, erməni qəsbkarları tərəfindən rayonlarımızın işğalından danışdılar. Onlar əminliklə bildirdilər ki, bu gün qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır , prezidentimizin ağıllı siyasəti nəticəsində bizim şəhidlərin qanı yerdə qalmayacaq və biz tezliklə düşmənə qalib gələcəyik və Aprel döyüşləri bunu bütün dünyaya sübut etdi. 

Sonda məktəblilərin ifasında İşğal olunmuş torpaqlarımıza aid şeirləri dinlənildi.