21.01.2023
21 yanvar 2023-cü il tarixində Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbində həftəlik fəaliyyət proqramının icrasına uyğun olaraq görkəmli bəstəkar, Azərbaycan və Dagıstan Respublikasının xalq artisti Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş “Mahnıları ilə sevilən bəstəkar” adlı tədbir keçirilib.
Tədbirdə Musiqi məktəbinin müəllimləri, şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər görkəmli bəstəkarın həyat və fəliyyətindən, onun Azərbaycan musiqisinə bəxş etdiyi çoxsaylı təkrar olunmaz musiqi əsərlərindən bəhs edərək ətraflı məlumat verib.
Sonda məktəbin müəllimlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.