Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

20.01.2023

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Xocavənd rayon Mədəniyyət Evində "20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi" adlı tədbir keçirilib.

Tədbirdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1990-cı ilin yanvar hadisələrinin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğu bildirilib. 20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğu da vurğulanıb. Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.