Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Möhtəşəm qələmin möcüzələri”

29.10.2018

         26.10.2018- ci il tarixdə Göyçay rayon  Mərkəzi Kitabxanasında Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Elçin Əfəndiyevin 75- illik yubileyi ilə əlaqədar “Möhtəşəm qələmin möcüzələri” adlı tədbir keçirilmişdir. İlk öncə yazıçıya həsr olunmuş slayd göstərildi.Sonra Elçinin yaradıcılığı haqqında abonoment bölmə müdiri Şıxalıyeva Səlmi tədbir iştirakçılarına geniş məlumat verərək qeyd etdi ki, Elçin Əfəndiyev Azərbaycan xalqının tarixi mənəvi varlığını, bədii sözü ədəbiyyat aləmində inadkar inamla qoruyan, əks etdirən yazıçı və tənqidçilərdən olub çağdas Azərbaycan ədəbiyyatının canlı klassiklərindəndir. Oxu zalının müdiri Qafurova Sevinc isə yazıçının həyatı haqqında danışdı. Tədbirdə eyni zamanda yazıçıya həsr olunmuş şeirlər səsləndirildi. Sonda yazıçıya həsr olunmuş sərgiyə baxış keçirildi və ədibimizə uzun ömür,can sağlığı ,əvvəlkilərdən daha güclü yaradıcılıq müvəffəqiyyətləri  arzu edildi.