20.01.2023
19 yanvar 2023-cü il tarixində İmişli rayon Mədəniyyət Mərkəzinin
təşkilatçılığı, mədəniyyət müəssisələrinin əməkdaşalrının, rayon sakinlərinin və məktəblilərinin iştirakı ilə 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azadlığa gedən yol ” adlı tədbir keçirildi. Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində 20 yanvar faciəsi şəhidlərinə həsr olunmuş foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə çıxış edənlər 20 yanvar faciəsini dünya ictimiayyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən geniş bəhs edərək hadisələrə huquqi-siyasi qiymətin verilməsi və 20 yanvar şəhidlərinə göstərilən dövlət qayğısından danışdılar.
Tədbir məktəb şagirdlərinin ifasında “Şəhid anası ” adlı ədəbi-bədii
kompozisiyası ilə davam etdirildi. Sonda “Azadlıq çarçıları“ adlı sənədli film nümayiş olundu.