Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

20.01.2023

20 yanvar 2023-cü il tarixində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların və mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Ümummilli Liderin və 20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalan vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən natiqlər, 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolu, faciənin baş vermə səbəbləri, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra faciəyə siyasi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvar faciəsini tarixin həm kədərli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsi kimi hec zaman unutmayacaqdır.

Tədbir Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrı tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Vətən sənə canım fəda” adlı ədəbi-bədii kompozisiyası ilə yekunlaşıb.