Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bağışlayın bizi yurd yerləri”

26.10.2018

24.10.2018 – ci il tarixində Ucar rayon Mərkəzi  Kitabxanada Xocavənd və Zəngilan rayonlarının işğalı günü ilə əlaqədar “Bağışlayın bizi yurd yerləri” başlığında ədəbi -bədii kompozisiya keçirildi.Tədbiri Metodika və Biblioqrafiya şöbəsinin baş metodisti Əliyeva Səma açdı.O, qeyd etdi ki, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılmışdır.Ölkədə mövcud ictimai-siyasi vəziyyət,daxili çəkişmələr,bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndiyini bildirdi.4 saylı orta məktəbin şagirdləri  öz maraqlı  çıxışları ilə tədbiri başa çatdırdılar.Gün o gün olsun ki,torpaqlarımız azad olsun,hərə öz yurd- yuvasına  qayıtsın .Amin!.