Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə ”Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.

25.10.2018

23.10. 2018- ci il tarixində Zərdab rayon Tarix- diyarşünaslıq muzeyinin əməkdaşları M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbinin ıı və ıv b siniflərində "Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir" və "Sağlamlığın qorunması hüququ və Azərbaycanda uşaq hüquqları necə qorunur" adlı mühazirələr təşkil etmişlər. Muzeyin əməkdaşları Əliyeva Ziyalə,Əliyeva Asifə və Səfərova Aytən məktəbin şagirdlərinə uşaqların hüquqlarının qorunması haqqında söhbət aparmışlar və bildirmişlər ki, uşaq hüquqlarıının qorunması təkcə dövlətin deyil, həmdə cəmiyyətin və hər bir ailənin işidir. Məktəbin şagirdləri öz hüquqlarını nə dərəcədə bildikləri haqqında fikirlərini söyləmişlər.