Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gül qızın nağılı”

24.10.2018

24 oktyabr 2018-ci il tarixdə Göyçay rayon MKS-inin Uşaq şöbəsi  Mütalib Muradov  adına 4 saylı Uşaq baxçasında uşaqlarda  kitaba olan marağın artması məqsədi ilə “Nağı saatı” keçirdi. Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva Qaçay Köçərli haqqında uşaqlara məlumat verdi və onun yazdığı  “ Gül qızın nağılı” adlı nağılı uşaqlara oxudu. Tədbirdə uşaqlar “Dəyər verirəm”, “Əlifbanı öyrənək”, “Bağçadan məktəbə” və s. yeni nağıllarla da tanış oldular. Məktəb yaşlı və məktəbəqədər uşaqlarda oxu vərdişlərini yaratmaq məqsədilə “Nağıl saatı”nın keçirilməsi məqsədəuyğundur. Bu ekskursiya onları kitabxanaya üzv olub maraqlı kitabları oxuyacaqları günü səbirsizliklə gözləyəcəklərinə bir körpüdür.