Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon MKS-də Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd edilmişdir.

24.10.2018

23.10.2018-cil ildə Göyçay rayon MKS-inin oxu zalında Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar " Böyük sənətkar " adlı tədbir keçirildi. Tədbiri ilk olaraq giriş sözü ilə kitabxananın abonement şöbəsinin baş kitabxanaçısı Arzu Rəhimova açaraq qeyd etdi ki, Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatına verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir . Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının əməkdar artisti, xalq artisti fəxri adlarına layiq görülüb, Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 
Sonra kitabxananın Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva çıxışında bildirdi ki, kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində aparıcı rollar oynamışdır. Tədbirin sonunda İnformasiya –resurs şöbəsinin hazırladığı “ Həsən Məmmədov – 80 “ başlığı altında video – çarx nümayiş etdirildi.