Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-də Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilmişdir.

24.10.2018

23 oktyabr 2018-ci il tarixində  Zərdab rayon  Mərkəzi Kitabxanasında Uşaq şöbəsinin təşkilatçılığı ilə rayonun  3 nömrəli tam orta məktəbin  5- ci sinif şagirdləri ilə 20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Hüquqlarım mənim təminatımdır” adlı səhərcik  keçirdi. Tədbir Mərkəzi Kitabxananın  uşaqlar üçün hazırlanmış nağıl otağında təşkil edilmişdir.  Əvvəlcə  şagirdlər  uşaq hüquqlarına həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.                                                                            

Tədbiri Zərdab rayon MKS-inin direktor müavini Gülüstan Rəhimova açaraq, Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimizlə bağlı çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.

 

Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova da aylıqla bağlı qeyd etdi ki Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsidir. Ölkəmizdə hər il “Uşaq hüquqları aylığı” qeyd olunur. “Uşaq hüquqları aylığı”nın keçirilməsinin məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

 

Eyni zamanda Uşaq şöbəsinin kitabxanaçı-biblioqrafı Nisə Qasımova uşaq hüquqları ilə bağlı kitab sərgisi ilə məktəbliləri tanış etdi və sərgilənən kitablar haqqında onlara ətraflı məlumat verdi.

Fəxri,Ayxan, Mələk ,Nuray Uşaq Hüquqları ilə bağlı keçirilən səhərcikdə fəal iştirakları ilə fərqlənmişlər.