Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Dövlət Rəsm Qalereyasında Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

19.10.2018

18.10.2018-ci il tarixdə Ağdaş Dövlət Rəsm Qalereyasında Azərbaycanın Dövlət   Müstəqilliyinin  27-ci ildönümü münasibətilə “Müdtəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir.Rayon Mədəniyyət Mərkəzi ilə birgə hazırlanmış tədbirdə ilk öncə Dövlət Himni səsləndirildikdən sonra Mərkəzin direktoru Xalid Zamanov çıxış edərək bildirmişdir ki,ötən əsrin 80-ci illərinin  sonu,  90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan  milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.

         Xalid Zamanov qeyd etmişdir ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir.

       Sonra Mədəniyyət Mərkəzinin işçiləri Kəmalə Nəsibova və Kəmalə Cəlilova Dövlət Müstəqilliyinə həsr olunmuş məruzə ilə çıxış etmiş,rayon məktəblilərin ifasında vətənpərvərlik ruhunda şerlər səsləndirilmişdir.

       Tədbir Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgiyə baxışla başa çatmışdır.