Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilmişdir.

18.10.2018

18.10.2018-ci il tarixdə Ağdaş rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın  Müstəqillik gününün 27-ci ildönümü qeyd olunmuşdur.Tədbirdə Ağdaş Heydər Əliyev Mərkəzinin kollektivi ,rayon Gənclər kitabxanasının kollektivi və gənc tələbələr iştirak etmişlər.Tədbirdə Müstəqilliyimizin qazanılması yolunda Heydər Əliyevin əvəzsiz rolundan bəhs edilmişdir.Heydər Əliyev Mərkəzinin məsul işçisi Namətov Sərxan çıxış edərək qazanılan müstəqilliyin keşməkeşli yollarından və bu müstəqilliyi qorumaq üçün birlik və bərabərliyin vacibliyindən sohbət açmışdır.Daha sonra söz Heydər Əliyev Mərkəzinin əməkdaşı Kəmalə Sadıqovaya verilmiş,o da öz növbəsində Azərbaycanın müstəqillik illərində qazanılmış uğurları dəyirmi masa iştirakçılarının nəzərinə çatdırmışdır.Sonda müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.